«Turan Tovuz»da İbrahima Vadji ilə bağlı qeyri-müəyyənlik yaranıb.
Ötən ilin yayında «Sent-Etyen»dən bura gələn seneqallı hücumçu klubun yeni müqavilə şərtlərini qəbul etmir.
«Qarabağ»ın 2022-ci ilin sentyabrında 1,8 milyon avro qarşılığında Fransa klubuna satdığı forvard aylıq maaşının artırılmasını istəyir.
Tovuz komandasında keçirdiyi ilk sezonda tez-tez zədə alan, özünü yaxşı tərəfdən göstərməyə çətinlik çəkən 31 yaşlı afrikalı buna rəğmən, daha çox qazanmaq həvəsinə düşüb.
Yerli funksionerlər isə onun bu mövqeyi ilə razılaşmır. Bu üzdən, hələ bilinmir ki, Vadji düşərgədə qalacaq, ya yox.
Son söz yenə onundur. İddiasından əl çəksə, hər şey öz axarına düşəcək. Əl çəkməsə də ki, yollar ayrılacaq.
SPORTİNFO.AZ

