"Turan Tovuz" Dioqo Balaunu hansı şərtlərlə sıralarına qatdığı məlum olub.
Son olaraq “Şamaxı”nın formasını geyinən portyqaliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Premyer Liqanın bürünc medalçısı ilk mövsümdə ona 8000 dollar əməkhaqqı ödəyəcək. Bir növbəti sezonda isə maaşı daha da artırılacaq.
Müqayisə üçün deyək ki, Balau əvvəlki klubunda 3000 dollar maaş alıb.
O, son mövsümdə Premyer Liqada 31 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Ayxan Abbasovun uğurlu seleksiya fəaliyyətinin nəticəsində ölkəmizə gələn 26 yaşlı legioner yay transfer dövründə "Turan Tovuz"un ilk transferidir. Premyer Liqanın bürünc medalçısı bu anldaşma üçün xərc çəkməli olub.
"Şamaxı" müqaviləsi gələn ilin yayında nəzərdə tutulmuş Balaunu 80 min dollar qarşılığında onlara satıb.
SPORTİNFO.AZ

