"Turan Tovuz"un müdafiəçisi Roderik Millerin şərəfini qoruduğu Panama milli komandası daha bir yoldaşlıq oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, Panama millisi Dominikan Respublikasına qarşı oynayıb.
Matç panamalıların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Miller oyuna əsas heyətdə çıxıb və fasilədən sonra əvəzlənib.
Panamanın növbəti yoldaşlıq oyunu Bosniya və Herseqovina yığmasına qarşı olacaq (6 iyun).
Panama millisi DÇ-2026-da İngiltərə, Xorvatiya və Qana ilə birlikdə L qrupunda yer alıb.

