Almaniya klubu ilə azərbaycanlı oyunçu arasında danışıqlar “dalana dirəndi”

5 İyun 20:00 Turan 3 139
Almaniya klubu ilə azərbaycanlı oyunçu arasında danışıqlar “dalana dirəndi”

Millinin və «Turan Tovuz»un yarmmüdafiəçisi Ayxan Hüseynovun «Darmştadt»a keçidində durğunluq yaranıb.

Almaniyanın II Bundesliqa klubu ona 2+1 illik müqavilə təklif edib, amma…

Maliyyə baxımından irəli sürülən şərtləri dəyişmək istəmirlər. I Bundesliqaya vəsiqə qazana bilməyən «Darmştadt» digər oyunçularla müqayisədə həmyerlimizə kifayət qədər aşağı məbləğ ödəmək niyyətindədir.

Odur ki, tərəflər arasında danışıqlar bir qədər dalana dirənib. Hüseynov onlardan, onlar da Hüseynovdan yekun cavab gözləyir.

Vəziyyət elədir ki, istənilən halda yaxın 1-2 həftə ərzində məsələyə nöqtə qoyulmalıdır. Almanlar maaşda artım etməsələr, Ayxan Türkiyə və Asiyadan olan təkliflərini dəyərləndirəcək.

Hələ növbədə Premyer Liqa təmsilçiləri də var.

«Turan» 4 ildir xidmətindən yararlandığı 26 yaşlı oyunçunu düşərgədə saxlamağa maraqlıdır, həmçinin digər iddialılar elçi daşının üzərində əyləşib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 19:40 Çək və bizə göndər!