Bilindiyi kimi, UEFA “Turan Tovuz”u 2026-27 mövsümü avrokuboklardan kənarlaşdırıb.
UEFA tərəfindən AFFA-nın İntizam Komitəsinin “Turan Tovuz”un futbolçularının danışılmış oyunlarda iştirak etdiyinə görə futboldan uzaqlaşdırılması ilə bağlı 13 dekabr 2019-cu il tarixli qərarına istinad edilərək, klubun Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququ məsələsinə hüquqi qiymət verilməsi üçün iş UEFA-nın Apellyasiya Orqanına yönləndirilib.
UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, klub sözügedən turnirdə iştirak hüququndan məhrum edilib.
UEFA-nın saytında yayımlanan qərarda isə bildirilib:
"2 iyun 2026-cı il tarixində UEFA Apelyasiya Orqanının sədri aşağıdakı qərarı qəbul edib:
2026/2027 UEFA Konfrans Liqasının Əsasnaməsinin 4.01(g) maddəsi ilə tələb olunan qəbul meyarını yerinə yetirmədiyinə, yəni milli və ya beynəlxalq səviyyədə matçın təşkili və ya nəticəsinə təsir göstərməyə yönəlmiş fəaliyyətdə birbaşa və/və ya dolayı yolla iştirak etdiyinə görə PFK Turan Tovuz 2026/2027 UEFA Konfrans Liqasında iştirak etmək hüququndan məhrum edilib".
UEFA-nın bu qərarı ilə bağlı "Turan Tovuz" İdman Arbiraj Məhkəməsinə (CAS) şikayət edib. Klub eyni zamanda AFFA-ya minnətçi düşüb.
Premyer Liqanın bürünc medalçısı federasiyadan UEFA-ya məktub göndərməsini istəyib. Həmin məktubda yalnız bu cümlə yazılmalıdır:
"AFFA məlum hadisəyə görə "Turan Tovuz"u 2019/20-ci il mövsümündə Premyer Liqaya buraxmayıb".
Qərb təmsilçisinin rəhbərliyi əmindir ki, AFFA UEFA-ya bu məzmunda məktub ünvanlasa, qalağa avtomatik ləğv olunacaq. Çünki bir olaya görə iki cəzanın tətbiqi nəzərdə tutulmur.
SPORTİNFO.AZ

