Berdıyev millinin mərkəz müdafiəçisinin gətirilməsinə tapşırıq verdi

3 İyun 16:40 Turan 1 734
Berdıyev millinin mərkəz müdafiəçisinin gətirilməsinə tapşırıq verdi

U-21 millimizin üzvü karyerasını “Turan Tovuz”da davam etdirə bilər.

qərb təmsilçisi Emin Rüstəmova “elçi düşüb”.

Ötən mövsümün ikinci yarısını “Karvan-Yevlax”da keçirən mərkəz müdafiəçisi öz oyunu ilə “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevin diqqətini çəkməyi bacarıb.

Türkmən çalışdırıcı klub rəsmilərinə Emini komandaya cəlb etmək üçün danışıqlara başlamağı tapşırıb.

İş burasındadır ki, Rüstəmov müqavilə ilə “Səbail”ə məxsusdur. Yevlax komandasında icarə əsasında oynayırdı.

2025-ci ildə “dənizçilər”lə 3 illik sözləşməyə imza atan futbolçunun daha 2 illik müqaviləsi qüvvədədir.

Belə olduğu halda “Turan Tovuz” ya onu təzminat qarşılığında transfer etməli, ya da kiçik məbləğlə icarəyə götürməlidir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!