Konfrans Liqasında çıxış edəcək "Turan Tovuz"da ilk ayrılıq yaşanıb.
Sergey Samokla yollar ayrılıb.
Baş məşqçi Kurban Berdıyev "Sabah"la görüşdən sonra rusiyalı qapıçı ilə vidalaşıb.
Ona xidmətlərinə görə təşəkkür edib.
25 yaşlı kiper 2024-cü ildən bölgə klubunda çıxış edirdi.
Berdıyevin dəvəti ilə ölkəmizə gələn Sergey burada keçirdiyi 2 mövsümdə 32 oyun keçirib.
XANOĞLAN / SPORTİNFO.AZ

