Berdiyev Azərbaycanda da köhnə “şakər”indən əl çəkmir - VİDEO

31 Oktyabr 2025 09:40 Turan 2 828
Berdiyev Azərbaycanda da köhnə “şakər”indən əl çəkmir - VİDEO

«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev köhnə «şakər»indən imtina etməyib.

Rusiyalı çalışdırıcı Premyer Liqanın doqquzuncu turunda qarşılaşdıqları «Karvan»la matçın gedişində təsbehini əlindən yerə qoymayıb.

73 yaşlı mütəxəssis dəfələrlə onu öpərək, dodaqaltı dua edib. Belə anların biri 48-ci dəqiqə «CBC Sport»un kameralarına tuş gəlib.

Nominal ev sahiblərinin hər əks-hücumu zamanı təsbehi dodaqlarına yapışdıran «Baba» sonda istəyinə çatıb. Onun komandası 69-cu dəqiqədə hesabda geri düşsə də, bir qədər keçmiş iki qol vurub və qələbə qazanıb.

Qərb təmsilçisi 9 tura 18 xal toplayıb və hazırda turnir cədvəlinə başçılıq edir. «Turan» bu göstərici ilə ən yaxın izləyicisi «Qarabağ»ı 1 xal qabaqlayır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti