Ehtiram Quliyevin atdığı bu qəribə addım hər kəsi təəccübləndirəcək!

10:40 Turan 669
Ehtiram Quliyevin atdığı bu qəribə addım hər kəsi təəccübləndirəcək!

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev, deyəsən, pulunu xərcləməyə başqa yer tapmır.

O, növbəti addımı ilə eşidənləri, elə bizim özümüzü də təəccübləndirməyi bacarıb.

Belə ki, bihnesmen ölkə kubokunun ikinci təsnifat mərhələsində «Dinamo»ya 5:0 hesabıyla qalib gələn komandasına böyük məbləğdə mükafat paylayıb.

Suraxanıda keçirilən matçda II Liqa təmsilçisi üzərində qazanılan asan qələbədən feyziyab olan iş adamı burada ayrı-seçkiliyə yol verib. O, yaşlı oyunçuların hər birinə 1000 manat «ənam» ayırıbsa, gənclərə bu məbləğin yarısı çatıb.

Doğrudan da maraqlıdır, bu, onun nəyinə lazımdır? Guya, pul paylamasaydı, nə olacaqdı?

Oyunçular «bunt» qaldıracaqdı, yoxsa növbəti oyunlara çıxmayacaqdılar?

«Dinamo»dur da rəqib, yarımhəvəskar çempionatda çıxış edən komanda. Onların heyəti əsasən 17-18 yaşlı gənclərdən formalaşıb, məqsədləri iştirak etdikləri çempionatda qalmaqdır.

Ehtiram Quliyev onlardan qat-qat zəif «Dinamo»nu udmağa görə bir belə məsrəf çəkməkdənsə, yaxşı olardı ki, «Turan Tovuz»un akademiyasında futbolun sirlərini öyrənən uşaq və yeniyetmələrin geyim problemini həll edərdi.

Gündə Tovuzdan neçə-neçə validyen və məşqçi redaksiyamızla əlaqə saxlayıb, təminatsızlıqdan şikayətlənir.

Biz onların üzləşdikləri çətinlikləri ictimailəşdirməkdən yorulmuşuq, Ehtiram Quliyev isə bilmirik özünü kimlərəsə göstərməkdən yorulmur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti