Ehtiram Quliyevə işçilərin şikayətini çatdırdılar, nə tədbir gördü?

11:40 Turan 208
Ehtiram Quliyevə işçilərin şikayətini çatdırdılar, nə tədbir gördü?

«Turan Tovuz»un bir qrup əməkdaşı onlara yaradılımış pis şəraitdən şikayətlənib.

Bura media sektoruna aid işçilər də daxildir.

Tecniki avadanlıq alınması üçün dəfələrlə müraciət etmələrinə baxmayaraq, xahişlərinin qulaqardına vurulması personalı hiddətləndirib.

Növbəti qalmaqalın və klubdan qopmaların qarşısını Nəsimi Paşayev alıb. Tovuz təmsilçisində faktiki ikinci adam sayılan Paşayev problem barədə Ehtiram Quliyevi xəbərdar edib.

İdarə Heyətinin sədrinə məlum olub ki, səlahiyyət verdiyi şəxslər əməkdaşlara münasibətdə qeyri-peşəkar davranır, onların haqlı istəklərini yerinə yetirmir.

İş adamı hadisəyə həssas yanaşıb, mövcud çatışmazlıqların aradan qaldırılmasına büdcə ayırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti