“Turan Tovuz”un arxa üzü və ya belə lider olar?

28 Oktyabr 23:00 Turan 160
“Turan Tovuz”un arxa üzü və ya belə lider olar?

9 turdan sonra Premyer Liqada turnir cədvəlinin zirvəsində "Turan Tovuz" dayanıb.

Kurban Berdiyevin komandası son turda "Karvan-Yevlax"ı məğlub etməklə (2:1) birinci pilləyə yüksəldi.

Kağız üzərində hər şey möhtəşəm, bəs meydanda yaşananlar?

Bu barədə pozitiv danışmaq çətindir.

Əminəm ki, mənim kimi Şamaxı şəhər stadionunda keçirilən görüşü izləyənlərin bir çoxunun ağlından eyni sual keçirdi - belə lider olar?

Tovuzlular ilk hissədə 2-3 ötürmədən artıq edə bilmirdi.

Əvəzində "Karvan-Yevlax" daha təhlükəli hücumlarla yadda qalırdı.

Xüsusilə sol cinahdan qurulan hücumlar baxımlı və effektiv olurdu.

Qol da həmin boşluqdan yarandı.

Amma aran təmsilçisi üstünlüyünü uzun müddət qoruyub saxlaya bilmədi.

Yox, qonaqlar heç də aramsız hücumlar, kombinasiyalı futbol sonrası meydan sahiblərinin dirənişini pozmadı.

Sadəcə Serrano sırf fərdi ustalığı hesabına çox baxımlı qolla oyunda tarazlıq yaratdı.

Qələbə qolu isə bir çox görüşlərdə olduğu kimi, sırf şansın hesabına gəldi.

Olabenin endirdiyi zərbə yolüstü Ozobiçə dəyərək qapıdan keçdi.

Beləcə Qərb təmsilçisi növbəti çətin qələbəni pis oyunla aktivinə yazdırmış oldu.

Amma futbolda şans, bəxt, təsadüf bir yerə qədərdir.

"Turan"da hara qədər olacağını zaman göstərəcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 18:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 03:40 Vüsal əməliyyat edildi