Oxuyun, bu yay “Qarabağ”dan ayrılan yarımmüdafiəçi nələr söylədi! - MÜSAHİBƏ

01:10 Turan 123
Oxuyun, bu yay “Qarabağ”dan ayrılan yarımmüdafiəçi nələr söylədi! - MÜSAHİBƏ

Sportinfo.az “Turan Tovuz”un yarımmüdafiəçisi Filip Ozobiçin müsahibəsini təqdim edir:

- Misli Premyer Liqasının IX turunda “Karvan-Yevlax”ı çətinliklə məğlub etdiniz. 2:1 hesablı qələbəni necə şərh edərdiniz?

- Bilirdik ki, çətin oyun olacaq. “Karvan-Yevlax” yaxşı futbol nümayiş etdirdi. Buna baxmayaraq, qalib gələ bildik. Qazonun süni olması bir qədər işimizi çətinləşdirsə də, yekunda istəyimizə çatıb vacib 3 xal qazandıq.

- Autsayderlə görüşdə asan qələbə qazanacağınız gözlənilsə də, çox çətinlik çəkdiniz. Buna səbəb nə oldu?

- Biz asan qələbə gözləmirdik. Turnir cədvəlindəki mövqeyinə, neçə xal toplamağına baxmayaraq, "Karvan-Yevlax" yaxşı komandadır. Bunu da sübut etdilər. Ümumiyyətlə, heç bir matçda asan qələbə qazanmaq olmur. Bütün komandalar sona qədər mübarizə aparırlar.

- Komandanız sanki qapısından qol buraxdıqdan sonra ayıldı...

- Biz qələbə qazanmağı hədəfləyirdik. Hesabda geri düşdükdən sonra daha böyük qüvvə ilə irəli atıldıq. Yaxşı ki, hesabı tez bərabərləşdirdik. Daha sonra isə ikinci qolu vurmağa müvəffəq olduq.

- Yenidən liderliyə yüksəldiniz. Bu dəfə birinciliyi saxlamaq nə dərəcədə uzunmüddətli olacaq?

- Bəli, hazırda liderik. Lakin turnir cədvəlinə baxmaq lazım deyil. Yalnız növbəti matçı düşünməliyik. Hər oyun bizim üçün vacibdir. Ona görə də növbəti görüşlərə ciddi şəkildə hazırlaşmalıyıq.

- Gələn həftə həm kubok, həm də çempionatda oyununuz var. Sıx qrafikə hazırsınız?

- Bəli, əvvəlcə kubokda meydana çıxacağıq. Rəqib ikinci liqa təmsilçisi “Dinamo” olsa da, matça ciddi yanaşmalıyıq. Heç bir rəqibə zəif gözü ilə baxmaq olmaz. Daha sonra isə çempionatda “Şamaxı” ilə üz-üzə gələcəyik.

- Növbəti oyunu Tovuzda – doğma stadionda keçirəcəksiz. Bu, işinizi daha da asanlaşdıracaq?

- Bu, çox xoş olacaq. Yenidən doğma azarkeşlərimiz önündə çıxış edəcəyik. Onların dəstəyi ilə yaxşı nəticə qazanmağı hədəfləyirik.

- Sabiq klubunuz “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışını necə qiymətləndirirsiniz?

- “Qarabağ” ÇL-də çox yaxşı nəticələr qazanır. Bu, həm klub üçün, həm də Azərbaycan futbolu üçün müsbət haldır. 3 oyundan 6 xal toplayıblar və bu, çox yaxşı nəticədir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu