Bölgə klubundan "Neftçi"nin məşhur yetirməsinə SÜRPRİZ TƏKLİF!

19:00 Turan 1 436
Bölgə klubundan "Neftçi"nin məşhur yetirməsinə SÜRPRİZ TƏKLİF!

Azərbaycan millisinin və "Neftçi"nin sabiq kapitanı Ruslan Abışov yenidən yaşıl meydanlara qayıda bilər.

Daha doğrusu, bu təklif veteran müdafiəçiyə komanda yoldaşları və baş məşqçi Kurban Berdiyevdən gəlib.

Belə ki, 2023-cü ildə futbolçukaryerasını bitirən "Turan Tovuz"un məşqçisi məşqlərdə futbolçu kimi də aktiv iştirak edir.

Butsılarını 2 əvvəl mıxdan asmasına baxmayaraq, hələ də eyni çəkidə qalmağı bacaran "Neftçi"nin yetirməsinin məşqlərdəki performansı kollektivi yaxşı mənada təəccübləndirib.

Artıq bir müddətdir həm əcnəbi mütəxəssis, həm də komanda yoldaşları ondan geri dönməsini və "Turan"a futbolçu kimi kömək verməyi israr edir.

Abşıov isə qayıtmaqda bir o qədər maraqlı deyil. Təbii ki, bu gün üçün qərarı belədir, amma sabah necə olacağını demək çətindir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti