Ehtiram Quliyevə paltardəyişmə otağında bu cür hörmət edirlər? - Hadisənin VİDEOsu

19:40 Turan 267
Ehtiram Quliyevə paltardəyişmə otağında bu cür hörmət edirlər? - Hadisənin VİDEOsu

"Turan Tovuz" Premyer Liqanın doqquzuncu turunda "Karvan"ın qonağu olub.

Şamaxıda keçirilən qarşılaşma qərb təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Matçdan sonra ənənəvi hadisə təkrarlanıb. İdarə Heyətinin sədri Ehtiram Quliyev paltardəyişmə otağına daxil olub.

Həmin kadrları izləyərkən görürük ki, rəhbər şəxs qalibiyyətin sevincindən «göydə uçur».

Bəxt sayəsində debütantı udmağın xoşbəxtliyini yaşayan hörmətli Ehtiram müəllimə, təəssüf ki, futbolçuların hamısı eyni reaksiyanı göstərmir.

O, danışdığı zaman legionerlərin bir neçəsi formanı çıxararaq, otağın ortasına atır.

Bu hal dəfələrlə təkrarlansa da, nə məşqçilər, nə də texniki işçilər onlara «belə olmaz» işarəsi edir. Heç onlara fikir verən də olmur.

Əlbəttə, əcnəbi oyunçuların hərəkəti kluba, onun dəyərlərinə, elə rəhbərin özünə hörmətsizlikdir. Başçının gözü qarşısında belə davranış sərgiləyənlər mütləq şəkildə cəzalanmalıdır.

Quliyev buna diqqət yetirməyə bilər, bəs uzun illərdir «Turan»da çalışanlar hara baxır?

Yoxsa həmin zatlar da formanı lazımsız bir şeymiş kimi ortalığa atmasının nə mənaya gəlməsini anlamırlar?

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti