"Turan Tovuz" Premyer Liqanın 9-cu turunda səfərdə "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox çətin oyun oldu. Bilirdik ki, "Karvan-Yevlax" əks-hücumlarda təhlükəlidir. Onlardan biri qolla nəticələndi. Uşaqlara təşəkkür etmək istəyirəm, geridönüş edə bildilər.
- Komandanın oyunu sizi qane etdi?
- Tam olaraq yox. Səhvlərimiz üzərində işləyəcəyik. Qələbə bizim üçün çox vacib idi.
- Rəhim Sadıxovun start heyətində meydana çıxması nə dərəcədə doğrudur?
- Rəhim yaxşı məşqlər etmişdi. Ümumiyyətlə, keçən oyunda da yaxşı çıxış etmişdi, ona görə də seçimimiz onun üzərində oldu.

