Berdiyevin qərarı Vadjini hirsləndirdi - "Turan"da qalmaq istəmir

13:00 Turan 633
Berdiyevin qərarı Vadjini hirsləndirdi - "Turan"da qalmaq istəmir

Bu ilin iyulunda "Turan Tovuz"la müqavilə imzalayan İbrahima Vadji qış fasiləsində klubunu dəyişmək niyyətindədir.

Son olaraq "Sent-Etyen"də çıxış etmiş hücumçu hazırkı durumundan narahatdır.

Seneqallı legioner daha çox ehtiyatda qalmasından narazıdır və bunu funksionerlərlə söhbətində dilə gətirib. Afrikalı Kurban Berdiyevin ona münasibətindən gileylənib.

Baş məşqçinin ona kifayət qədər şans verməməsindən şikayətlənib. Deyib ki, vəziyyət belə davam edərsə, yeni ildə özünə başqa komanda axtarmalı olacaq.

Vadji Tovuz təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.

30 yaşlı forvard karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Mölde" və "Hauqesund"un da formasını geyinib.

2021-2022-ci illərdə "Qarabağ"ın şərəfini qorumuş Vadji hazırda "Turan Tovuz"un ən ödənişli futbolçularından biri sayılır. Onun illik qazancının 400 min dollar təşkil etdiyi deyilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti