Ehtiram Quliyevin klubundan yenə şikayət var - Bizə baxıb gülürlər

23 Oktyabr 2025 16:00 Turan 1 739
Ehtiram Quliyevin klubundan yenə şikayət var - Bizə baxıb gülürlər

«Turan Tovuz» rəhbərliyi verdiyi vədi yerinə yetirmir.

Bununla bağlı klubun uşaq futbol akademiyasında çalışan məşqçilərin bir qrupu məlumat verib.

Onlar növbəti dəfə redaksiyamızla əlaqə saxlayaraq, ayrı-seçkiliyə məruz qaldıqlarını bildiriblər:

«Artıq qış qapını döyür, aşağı yaş qrupları üzrə komandalarımız hələ də geyim dəstləri ilə təmin olunmayıb.

Bir müddət əvvəl sizin saytınızda bununla bağlı xəbər getmişdi. Onda klubdakılar əl-ayağa düşmüşdülər.

Məşqçilərə, valideynlərə söz vermişdilər ki, narahat olmayın, geyimləri sifariş etmişik, yoldadır. Sonra onları gətirib anbara yığdılar, gizlətdilər.

Əvəzedici komandanı oradan götürüb geyindirdilər. Hər şey verdilər. Elə bildik ki, indi növbə aşağı yaş qruplarınındır.

Bugünlərdə çağırıb dedilər ki, siyahı əlimizdədir, hamıya kompleks geyim verəcəyik. Vallah, bizi yenə aldatdılar.

Uşaq və yeniyetmələrə yarmçıq «ekipirovka» payladılar. Birində gödəkçə var, birində yox. Birində «balonka» var, birində yox.

Tam dəsti vermədilər yenə. Yaxşı, biz indi nə edək?

Valideynlərə necə deyək ki, uşağı məşqə gətirin. Ehtiram müəllim açıqlama verir ki, «Turan Tovuz» bu mövsüm Premyer Liqada çempionluq uğrunda mübarizə aparır.

Əziz insan, axı sən öz akademiyana baxmırsan. Çempionluq hədəfi olan klubun aşağı yaş qrupları üç ilə yaxındır köhlə pal-paltarın içində qalar? E

htiram müəllimdən sizin vasitənizlə xahiş edirik, bilirik ki, o, «Sportinfo»nu gündəlik olaraq oxuyur. Bəlkə də hər səhər yuxudan oyanandan sonra birinci «Sportinfo»nu açır.

Bunu buradan deyirik, bəlkə bizim problemimizə bir çarə elədi. Ondan çox şey istəmirik, tapşırsın, bizə normal geyim versinlər.

Bura soyuq yerdir, uşaqlar məşqə gələndə, oyuna çıxanda üşüyürlər. Başqa komandalarla üz-üzə gələndə utanırıq.

Nimdaş geyimimizə baxıb, gülümsəyirlər. «Turan» yalnız əsas komandadan ibarət deyil. Akademiyada nə qədər uşaq var.

Ehtiram müəllim bu boyda yer tikib stadionun ərazisində, ancaq yenə də çatışmazlıqlarımız çoxdur. Bir geyim dəsti nədir, onu da yarımçıq verirlər.

Fikirləşmirlər ki, legionerlər gəldi-gedərdi, sabah «Turan»a qalan bu uşaqlar olacaq».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti