
«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev Rusiyadan yeni təklif alıb.
Bu barədə klubdan redaksiyamıza məlumat daxil olub.
Saytımıza verilən informasiyaya görə, türkmən kökənli mütəxəssisə «Spartak»dan dəvət gəlib.
Moskva təmsilçisi 2 illik təkliflə 73 yaşlı çalışdırıcının qapısını döyüb. «Rubin»in sabiq sükançısı aldığı çağırışla bağlı «Turan» rəsmilərini bilgiləndirib.
Berdiyev 2024-cü ilin iyunundan bəri ölkəmizdə fəaliyyət göstərir. O, həmin vaxt «Turan»la 3 illik müqavilə imzalayıb.
Vaxtilə «Rostov» və «Soçi»də də işləmiş məşqçi Azərbaycanda ən çox pul qazanan əcəbilərdən biri sayılır. İllik maaşının 800 min dollar olması haqda mediada dəfələrlə müxtəlif xəbərlər paylaşılıb.
SPORTİNFO.AZ