Ehtiram Quliyevin gözünün içinə baxa-baxa yalan deməyi necə bacarmaq olar?

19 Oktyabr 22:55 Turan 1 030
Ehtiram Quliyevin gözünün içinə baxa-baxa yalan deməyi necə bacarmaq olar?

Ehtiram Quliyev sağ olsun, əli, qolu var olsun, «Turan Tovuz»a ayırdığı vəsaitin miqdarını ilbəil artırır.

Yəqin ki, Kurban Berdiyev burada ən böyük büdcə ilə çalışmış baş məşqçi kimi adını tarixə yazdıracaq.

Təqribən 7-8 milyonluq bir heyət verilib ixtiyarına.

Kaş verilməzdi.

Kaş o, burada olmazdı indi.

Kaş Ehtiram Quliyev səhvini anlayardı.

Kaş…

Berdiyevin «Turan»a yaxşı futbol oynatdığını iddia edənlər, bəzək-düzək verənlər var ha, bax, onlardır Ehtiram Quliyevin əsl düşmənləri! Adamın üzünə, gözünə baxa-baxa yalan üfürürlər.

Bunlar futbolun neçə dəqiqə oynanıldığını bilmirlər? Onlara görə, futbol bəzən 30 dəqiqədən, bəzən bir hissədən, bəzən də 1 saatdan ibarətdir.

«Qarabağ»la qarşılaşmada «Turan» fasiləyədək yaxşı təsir bağışladı. İkinci hissədə isə bir o qədər pis təsir bağışladılar, yekunda istəyinə çatdı

«Qarabağ». Qurban Qurbanov 1-2 dəyişiklik edən kimi çökdü «Turan». Onun adaşı gedişata müdaxilə etməyi bacarmadı amma. Səsi də çıxmadı.

Ehtiram Quliyev belə sonluğu görəndən sonra Berdiyevə öz narazılığını bildirməlidir. Yox, o, yenə sükuta dalıbsa, Berdiyevin komandasına çempion titulu qazandıracağını düşünürsə…

Deməli, Quliyevin özü də həmdəm xəyaldır, yalanları dinləməyi xoşlayır.

Paşa Nəsib

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu