
«Turan Tovuz»da aduit aparılıb. Saytımız bu barədə klubdan məlumat əldə edib.
Redaksiyamıza verilən informasiyaya görə, bu, Ehtiram Quliyevin göstərişidir.
İdarə Heyətinin sədri son 2,5 ildə infrastruktur layihələrinin icrasına ayırdığı vəsaitin yoxlanılmasını tapşırıb. Görünür, onda bu pulun düzgün istiqamətdə xərclənməməsinə dair şübhələr yaranıb.
Düzdür, bilmirik bu şübhələr nəyə söykənir və nə dərədəcə əsaslıdır, ancaq belə görünür ki, iş adamı hardansa özəl bilgilər əldə edib.
Yoxlama dairəsi Tovuz şəhər stadionunda görülən yenidənqurma ilə məhdudlaşmır.
Bazanın təmiri, akademiya binasının tikintisi, meydançanın dəyişdirilməsi bui şin bir hissəsidir. Həmçinin rayon ərazisində yeni bazasının salınması, Kürdəxanı qəsəbəsində təlim-məşq mərkəzinin salınması da araşdırma sahəsinə daxildir.
SPORTİNFO.AZ