“Turan”dan SON XƏBƏR - Tovuzlu azarkeşlər buna hazır olsun!

13 Oktyabr 22:00 Turan 327
“Turan”dan SON XƏBƏR - Tovuzlu azarkeşlər buna hazır olsun!

“Turan Tovuz” çempionatın startından bu yana ev oyunlarını səfərdə keçirir.

Səbəb məlumdur, Tovuz şəhər stadionunda süni örtüyün təbii otla əvəzlənməsinə görə.

Qərbli azarkeşlərin intizarı bitmək üzrədir. Sizə şad xəbərimiz var.

“Turan Tovuz” 10-cu turda qonağı olacağı “Şamaxı”nı doğma meydanında qəbul edəcək.

Örtük hazır vəziyyətə gətirilib. Müəyyən işlər qalıb ki, onların başa çatması üçün təxminən 10 gün kifayətdir.

Klub rəsmiləri “Turan Tovuz” – “Şamaxı” görüşünün Tovuzda baş tutması üçün əlindən gələni edir.

Sözügedən matç 31 oktyabr-2 noyabr tarixlərinin birində baş tutacaq. Peşəkar Futbol Liqası yaxın günlərdə 10-cu turun keçirilməsi ilə bağlı detalları ictimaiyyətə təqdim edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM