
Əslində, «Turan Tovuz»un heyəti güclənib bu yay.
Ehtiram Quliyev xəsislik etməyib, yenə böyük büdcə ayırıb, iri məbləğə transferlər edib Kurban Berdiyev üçün.
73 yaşlı qoca mövcud heyətlə yaxşı futbol oynada bilər «Turan»a. Eləmir, çünki qorxur.
Bu qorxu «Baba»nın canına nə vaxt düşüb, bilinmir.
Hərdən adama elə gəlir ki, Berdiyev Premyer Liqadakı bütün rəqibləri «Barselona» sayır. Vaxtilə «Rubin»lə ispanlara qarşı necə oynamışdısa, elə.
O, «Turan»ı böyük görmür. Berdiyevin bu münasibəti futbolçulara bəllidir artıq.
Fikir verdizsə, «Sumqayıt»a 3 qol vuran oyunçuların heç biri sevinc hissini baş məşqçi və köməkçiləri ilə bölüşmədi. Bu, komanda ilə «Baba»nın korpusu arasında uçurumun isbatıdır.
«Turan» cari çempionatda «Qarabağ» xaricində istənilən rəqiblə başabaş mübarizə aparmaq gücündədir.
Tovuz azarkeşi nə istəyir, sadəcə, gözəl futbol.
Bu gözəl futbolu nümayiş etdirməsi üçün «Turan»a yalnız bir bəndə əngəl törədir - Berdiyev.
O, futbolçularına robot gözüylə baxmasa, gül qoxuyan oyun sərgiləyər bu komanda. Sumqayıt səfəri həmin işartını verdi.
MUSA