“Mən heç vaxt onların işinə baxmıram, qərarını şərh etmirəm”

03:00 Turan 79
“Mən heç vaxt onların işinə baxmıram, qərarını şərh etmirəm”

Sportinfo.az “Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Hüseynovun müsahibəsini təqdim edir:

- Çətin Sumqayıt səfərində rahat qələbə qazandınız. 3:0 hesabı sizin üçün gözlənilməz olmadı?

- Oyun yaxşı keçdi. Hesaba baxmayaraq, “Sumqayıt” güclü rəqibdir. Bu mövsüm yaxşı transferlər ediblər. Bu, ən yaxşı oyunlarımızdan biri idi. Top buraxmadıq. Hücumda fəal idik. 3:0-lıq qələbə çox xoşdur.

- Bu qələbə sayəsində fasiləyə lider kimi yollanırsınız...

- Bu, çox sevindiricidir. Milli fasilədə 2 həftə hazırlıq keçəcəyik. Futbolçular məşqləri sevmir. Amma bu qələbə bizə yaxşı təsir edəcək.

- “Turan Tovuz” yüksəlişdədir. Belə məqamda çempionatda fasilə yaranması komandanıza mənfi təsir göstərməyəcək?

- Çalışacağıq tempdən düşməyək. Lider olmaq yaxşıdır. Çətin olsa da, bunu saxlamaq lazımdır.

- Bu mövsüm Premyer Liqada legioner limiti ləğv olunub. Bu, yerli oyunçuların çıxışına nə dərəcədə təsir göstərir?

- Məncə, rəqabət yaxşıdır. Çalışırıq öz işimizi görək. Məşqçilər də özlərinə düşmən deyillər. Kim güclüdürsə, ona şans verirlər. Hazırda komandamızda 16-17 aparıcı futbolçu var və bu, müsbət məqamdır.

- Öz çıxışınızı necə dəyərləndirirsiniz?

- İnşallah, daha da artıracağam. Daim üzərimdə işləyirəm. İnanıram ki, “Sumqayıt”a vurduğum qolun davamı gələcək.

- Bu mövsüm “Turan Tovuz” da daxil olmaqla bir neçə klub hakimlərin idarəçiliyindən narazıdır. Siz bu haqda hansı fikirdəsiniz?

- Mən heç vaxt hakimlərin işinə baxmıram. Onların qərarını şərh etmirəm. Bir gün hakimlik hansısa komanda üçün pis olur, digər gün yaxşı. Ümumilikdə, məncə, hakimlik normaldır.

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 18:10 Çək və bizə göndər!
6 Oktyabr 07:10 Xəzərdə zəlzələ oldu