Azərbaycanda klubları “əlcək” kimi dəyişən, ən azı 10 fərqli mövsümdə qol vuran

14:20 Turan 180
Azərbaycanda klubları “əlcək” kimi dəyişən, ən azı 10 fərqli mövsümdə qol vuran

Filip Ozobiç Azərbaycan çempionatları tarixində ən azı 10 fərqli mövsümdə qol vuran 57-ci oyunçudur.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Turan Tovuz"da çıxış edən təcrübəli yarımmüdafiəçi buna "Kəpəz"ə üç cavabsız qolla qalib gəldikləri Premyer Liqanın VI turunun matçında nail olub.

Bu, Ozobiçin Premyer Liqada qol sevinci yaşadığı 10-cu mövsümdür. O, "Qəbələ"də iki (2016/2017, 2017/2018), "Qarabağ"da beş (2018/2019, 2019/2020, 2020/2021, 2021/2022, 2022/2023), "Neftçi"də iki (2023/2024, 2024/2025) mövsümü qolsuz başa vurmayıb.

Azərbaycan çempionatları tarixində mütləq rekord isə 17 mövsümdə buna nail olan Kənan Kərimova məxsusdur.

Qərb derbisində vurulan qol Filipin Premyer Liqada 67-ci qolu olub. O, ölkə çempionatları tarixinin 23-cü bombardiridir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 18:00 Premyer Liqanın KİMSƏSİZİ