"Turan Tovuz"un başının üzərini bu problem də aldı!

15:40 Turan 336
"Turan Tovuz"un başının üzərini bu problem də aldı!

Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işləri davam edir.

Drenaj və suvarma sistemi quraşdırılan meydançaya toxum əkilib.

Toxumların əkilməsi xüsusi texnikalarla həyata keçirilib və bu gün yekunlaşıb. Təbii ot örtüyünün oktyabrın sonunadək komandanın ixtiyarına verilməsi nəzərdə tutulub.

Amma… «Turan Tovuz»un doğma rayona dönüşü bir qədər də uzana bilər.

Hər halda klubdan redaksiyamıza daxil olan məlumata görə, işin gedişində müəyyən problemlər yaranıb.

Havaların son vaxtlar qeyri-sabit keçməsi bunların başında dayanır.

Sahəyə iqlimə və fəslə uyğun toxum səpilsə də, meydanın istifadəyə yararlı hala gəlməsi üçün noyabrın ikinci yarısınadək gözləməli olacağıq, deyəsən.

Həmin vaxt isə şaxtalar düşəcək. Bu da o deməkdir ki, noyabrda qazondan yararlanmaq təhlükə sacacaq.

Aqranomların rəyinə görə, yeni düzəldilən təbii meydan şaxtalı havada tapdalanarsa, otun kökü çürüməyə başlayacaq.

Belədə isə «Turan» təkrar Tovuzdan uzaq düşməli olacaq. Ta gələn ilin aprel-may aylarnıa kimi!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti