“Turan-Tovuz”un müdafiəçisi Enrike Silva komandasına kömək edə bilməyəcək.
Sportinfo.az xəbər verir ki, braziliyalı zədə səbəbindən sıradan çıxıb.
Misli Premyer Liqasının V turunun “Sabah”la oyununda (0:2) zədələnmiş Silva 15-ci dəqiqədə məcburiyyətdən əvəzlənmişdi.
O, iki həftə oynamayacaq.
31 yaşlı "sambaçı" ilə 2 illik müqavilə imzalanıb.
Braziliyalı karyerası ərzində "Vasko da Qama", "Lion" və "Valyadolid" kimi klublarda çıxış edib.

