
Premyer Liqanın 5-ci turunun "Turan Tovuz" - "Sabah" görüşündən (2:0) sonra qonaqların kəskin narazılığı diqqətdən qaçmayıb.
Belə ki, qərb təmsilçisinin məşqçilər korpusu və rəsmiləri baş hakim Rəvan Həmzəzadənin qərarlarında şikayətçi olublar.
Onlar etirazını Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev və oyunun Hakim-inspektoru Asim Xudiyevlə müzakirədə dilə gətirib.
Kurban Berdiyevin köməkçisi Yunis Hüseynov prosesdə daha aktiv iştirakçı olub.
Ötənlərin məşhur futbolçusu xüsusilə 5-ci dəqiqədə Alexandro Serranoya qarşı Kahim Parrisin sərt müdaxiləsinin cəzasız qalmasını doğru hesab etmədiyini qarşı tərəfin diqqətinə çatdırıb.
SPORTİNFO.AZ
Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:
XANOĞLAN / SPORTİNFO.AZ