"Ehtiram Quliyev, pullarınıza heyfiniz gəlmir?" - ETİRAZA QALXDILAR!

20:00 Turan 275
"Ehtiram Quliyev, pullarınıza heyfiniz gəlmir?" - ETİRAZA QALXDILAR!

Qarşısına çempionluq hədəfi qoyulan "Turan Tovuz" Premyer Liqada növbəti məğlubiyyətini aldı.

Bölgə klubu "Araz Naxçıvan"ın ardınca əsas rəqiblərindən daha birinə - "Sabah"a uduzdu - 0:2.

Azarkeşlər isə həm nəticədən, həm də göstərilən oyundan narazıdır.

Çıxış yolunu isə baş məşqçi Kurban Berdiyevin gedişində görürlər.

Klubun sosial şəbəkə hesablarında birbaşa prezident Ehtiram Quliyev səslənən fanatlar ondan qısa müddətdə əcnəbi baş məşqçi ilə yolları ayırmağı tələb ediblər:

"Artıq nəsə yazmağa ehtiyac yoxdur".

"Vallah "Turan" futbol oynamır. Ay hakim belə etdi, ay oyunu məhv elədi bəhanələri keçmir".

"Ehtiram Quliyevin pullarını heyif etməyin. "İmişli" sizdən gözəl oynayır".

"Berdıyev dönəmi - Zəif oyun, qorxaq taktika və nəticəsiz illər".

"Rəhbərlik hələ də anlamır ki, Berdıyevlə bu işlər olmayacaq".

"Ehtiram Quliyev, pullarınıza heyfiniz gəlmir? Bu adamı göndərin. Adam "Turan-Tovuz"un oyununa baxanda futboldan iyrənir".

"Ehtiram Quliyev, sizdən xahiş edirik ki, məşqçi heyətinə əl gəzdirin və bəzi futbolçuları komandadan uzaqlaşdırın".

"Berdıyevin dövranı bitib artıq".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti