Kurban Berdiyev yenə şikayətləndi: "Bunu etmək olmaz"

20 Sentyabr 22:10 Turan 228
Kurban Berdiyev yenə şikayətləndi: "Bunu etmək olmaz"

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində səfərdə "Sabah"a 0:2 hesabı ilə uduzub.

Sportinfo.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bərabər səviyyəli oyunda müdafiədə çox kobud səhv buraxdıq. "Sabah" kimi rəqibə qarşı bunu etmək olmaz. Bundan sonra rəqib daha arxayın şəkildə mübarizə apardı. Təəssüflər olsun ki, ötənilki səhvlər təkrarlanmağa başlayıb. Çalışacağıq ki, bunların qarşısını alaq.

- Ötən mövsüm "Turan Tovuz" standart vəziyyətlərdə təhlükəli olurdu. Bu il bunu da görmürük. Bunun səbəbi nədir?

- Standart vəziyyətlərin üzərində əvvəlki kimi işləyirik. Bəzən alınır, bəzən isə alınmır. İnanıram ki, alınacaq. Hər şey qarşıdadır.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 17:40 Hələlik göydə uçurlar…
20 Sentyabr 17:30 Çək və bizə göndər!
20 Sentyabr 16:00 O, gecikir, rəhbərlik susur
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 14:00 Premyer Liqamızın Anandı