Kapitan etiraf etdi: "Kənarda qalmaq məni sarsıdır"

16 Sentyabr 23:40 Turan 76
Kapitan etiraf etdi: "Kənarda qalmaq məni sarsıdır"

Ötən mövsümün qış fasiləsi ərəfəsində ağır zədə alan "Turan-Tovuz"un müdafiəçisi Şəhriyar Əliyev mövsümün ikinci yarısını boşa verməli olmuşdu.

Yay təlim-məşq toplanışında iştirak edən təcrübəli oyunçunun yeni mövsüm meydanda olacağı ehtimal olunurdu.

Amma Kurban Berdiyev ilk 3 turda onu ehtiyatda saxlamaqla hamını təəccübləndirmiş oldu.

Əcnəbi mütəxəssis mətbuata açıqlamasında qərarını rəqabətlə bağlamışdı.

Yalnız 4-cü turda Əliyevi meydanda görə bildik.

Kapitan "Qəbələ" qarşısında sona 9 dəqiqə qalmış oynamaq şansı aldı.

Maraqlıdır, baş məşqçidən bu cür münasibət görmək psixoloji olaraq ona problem yaratmır?

Ümumiyyətlə, bu barədə Berdıyevlə söhbət edibmi?

Sportinfo.az-a açıqlamasında Şəhriyar suallarımıza bu cür cavab verib:

"Təlim-məşq toplanışında da baş məşqçi ilə söhbətimiz olmuşdu. Mənə güvəndiyini, qısa müddətdə əvvəlki formamı yığmalı olduğumu demişdi.

Bəzi səbəblərdən toplanışda tam iştirak edə bilmədim. Bütün bunlar mənfi təsir etdi. Kənarda qalmaq məni sarsıdır.

Yoldaşlarıma kömək edə bilmədiyim üçün pis oluram. Bütün fikrim ən qısa müddətdə formamı bərpa edib, komandama kömək etməkdir".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var