"Turan Tovuz"un məşqçisi Cavid Hüseynov ölkə xaricinə yollanıb.
Kurban Berdiyevin yardımçısı hazırda Birləşmiş Ərəb Əmirliklərindədir.
O, işgüzar səfərə yollanıb.
Məqsəd türkmənistanlı mütəxəssisin bəyəndiyi bir neçə futbolçunu yaxından izləməkdir.
Məhz onun raportu əsasında yeni transfer barədə yekun qərar veriləcək.
XANOĞLAN/ SPORTİNFO.AZ