COP29

Rayon klubunun pis anında kapitandan böyük addım - VİDEO

14 May 23:00 Turan 1 020
Rayon klubunun pis anında kapitandan böyük addım - VİDEO

"Turan Tovuz" doğma meydanda tarixinin ən ağır məğlubiyyətini "Sumqayıt"dan aldı.

Yaxşı mövsüm keçirən Qərb təmsilçisi Premyer Liqanın 31-ci turunda "kimyaçılar"ı qonaq edirdi.

Avrokuboklara çıxmağa yaxın olan bölgə klubu gözlənilmədən ağır məğlubiyyətə üzülməli oldu - 1:4.

Matçdan sonra üzgün görünən futbolçulara ilk dəstək kapitandan gəldi.

Belə ki, ehtiyat skamiyada yer alan Kamal Bayramov hər kəsi başına yığıb, təxminən 2 dəqiqə onlarla söhbət etdi.

Tribunaları isə artıq hesab 3:1 olanda tərk edənlər vardı.

Amma sona kimi futbolçuların yanında olanlar da az deyildi.

Bayramov nitqini bitirəndən sonra futbolçuları onların önünə gətirib, mənəvi dəstək üçün təşəkkür etməyi də unutmadı.

XANOĞLAN / SPORTİNFO.AZ

Aşağıdakı linkdə həmin anlara baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"