COP29

"Yeni baş məşqçi bəyənsə, məni milliyə çağıracaq"

6 Dekabr 2023 00:50 Turan 668
"Yeni baş məşqçi bəyənsə, məni milliyə çağıracaq"

Sportinfo.az xəbər verir ki, "Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev Premyer Liqanın 15-ci turunda bərabərə qaldıqları (2:2) "Sumqayıt"la matç barədə sualları cavablandırıb:

- 15-ci turun "Sumqayıt"la matçını necə dəyərləndirirsən?

- Yaxşı oyun alındı. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Çalışdıq və 0:2-dən oyunu çevirə bildik. Qələbə qazana da bilərdik. Növbəti matçlarda qalib gəlməyə çalışacağıq.

- İki fərqli hissə izlədik. İlk yarıda nə baş verdi ki, komanda iki qol buraxdı?

- Birinci hissədə də qol fürsətlərimiz oldu. "Sumqayıt" iki hücum etdi, ikisindən də yararlana bildi. Bizim də hücumlarımız oldu. Sadəcə son nöqtəni qoya bilmədik. İkinci hissədə isə sonluğu gətirə bildik. Daha yaxşısını da edə bilərdik.

- Qol ötürməsi ilə yadda qaldın. Performansını necə dəyərləndirirsən?

- Bundan da yaxşı olmaq lazımdır. Dayanmaq olmaz. Ümid edirəm ki, gələcəkdə bundan da yaxşı olacaq.

- Ayxan Abbasovla performansında yüksəliş hiss olunur. Bunun sirri nədir?

- Ayxan Abbasov güclü məşqçidir. Onun tapşırıqları, taktikası ilə hər şey yaxşı gedir. Belə də davam etməyə çalışacam.

- Gələcəkdə milli komandaya dəvət almaq şansını necə dəyərləndirirsən?

- Mən oyunumu oynayıram. Millidə baş məşqçinin kim olacağı hələ bilinmir. Yeni məşqçi bəyənsə, çağıracaq. Bəyənməsə də, daha çox çalışıb özümüzü bəyəndirməliyik.

- Azarkeş təzyiqi oyununuza təsir edir?

- Məğlub olanda istər-istəməz azarkeş təzyiqi olmalıdır. Biz də bunu başa düşürük. Çalışırıq ki, daha yaxşı nəticələr göstərək ki, onlar da bizim yanımızda olsunlar.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!