“Mövsümün sonunda əlavə dəstək lazım olsa, biz tamamlayacağıq“

26 Mart 2023 09:40 Turan 453
“Mövsümün sonunda əlavə dəstək lazım olsa, biz tamamlayacağıq“

“Turan Tovuz”un yeni sponsoru Ehtiram Quliyev yerli futbolsevərlərə səslənib.

Qərb klubu ilə 4,5 illik müqavilə imzalayan şirkətin sahibi onların doğma rayonun təmsilçisiən dəstək olmasını istəyib:

“Futbol təkcə ekran qarşısında izlənib nailiyyətə sevinmək deyil. Azarkeşləri “100k” layihəsinə dəstək olmağa səsləyirəm.

Mövsümün sonunda əlavə dəstək lazım olsa, biz tamamlayacağıq. Amma azarkeşlərə demək istəyirəm ki, dəstəyin böyüyü kiçiyi olmaz.

Stadionda tablo və işıqlandırma sisteminin qurulması gündəmdədir. Ən qısa zamanda bu işlərlə bağlı təkliflər alacağıq.

Maliyyə imkanlarına da baxmaq lazımdır. Aktual görünür.

Bura azarkeş kimi gələndə ilk tablonun olmaması gözümə dəydi. Amma həll olunması lazım olan digər məsələlər də var“.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti