"İlkin razılıq var, bu işbirliyi klubumuz üçün mühüm hadisə olacaq"

28 Yanvar 2023 14:00 Turan 840
"İlkin razılıq var, bu işbirliyi klubumuz üçün mühüm hadisə olacaq"

Dünən xəbər verdiyimiz kimi, «Turan Tovuz» əsas problemlərindən birini həll edib.

Dövlətin ayırdığı dotasiya hesabına fəaliyyət göstərən klub özünə yeni sponsor tapıb.

Doqquz ildən sonra Premyer Liqaya dönən qərb təmsilçisinin tərəfdaşı yerli şirkətlərdən biridir. Yaxın günlərdə əməkdaşlıqla bağlı informasiyanın rəsmi surətdə açıqlanması gözlənilir.

Klubdan Sportinfo.az-a məlumatı təsdiqləyiblər. Redaksiyamıza bildirilib ki, bir müddət əvvəl başlayan görüşmələr bitmək üzrədir:

«Hələlik həmin şirkətin adını açıqlamaq istəmirik. İlkin razılıq var.

Bir neçə gün bütün sualların cavabı veriləcək. Bu işbirliyi «Turan Tovuz» adına mühüm hadisə olacaq».

Digər Xəbərlər
Xəbər Lenti