Premyer Liqanın bombardiri ölkəsinə niyə qayıtmaq istəyib?

26 Noyabr 2020 22:40 Sumqayıt 693
Premyer Liqanın bombardiri ölkəsinə niyə qayıtmaq istəyib?

«Sumqayıt»ın hücumçusu Əli Qurbaninin dönüşü yeni ilədək uzana bilər.

Sportinfo.az-ın məlumatına görə, AFFA-nın milliləşdirdiyi forvardın müalicə prosesi hələ də ləng gedir.

Azərbaycan yığmasına da cəlb olunan iranlı legioner ən yaxşı halda dekabrda fərdi məşqlərə başlayacaq. 6 qolla Premyer Liqanın bombardirləri siyahısında yer alan Qurbaniyə həkimlər müalicənin davam etdirilməsinin vacibliyini bildirib.

«Sabah»la çempionat oyununda ayağından növbəti dəfə xəsarət alan hücumçu bu arada ölkəsinə dönmək fikrinə düşsə də, sonradan bərpa prosesini burada başa vurmaq qərarına gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!