"Hələ də ödənilməyən maaşlarımız var" - "Sumqayıt"ın futbolçusu

4 May 15:20 Sumqayıt 369
"Hələ də ödənilməyən maaşlarımız var" -

"Sumqayıt"ın israilli futbolçusu Əmir Ağayev ölkəsinin mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, ilk olaraq Azərbaycandakı karantin rejiminin uzadılmasından danışıb: "Komanda ilə "Zoom" proqramı vasitəsi ilə onlayn məşqlər keçirdik. Qəflətən televiziya vasitəsilə elan etdilər ki, karantin müddəti mayın 31-dək uzadılıb".

Ə.Ağayev mövsümün bərpa olunacağına inanmadığını deyib: "Komandada özümlə birlikdə təqribən 15 oyunçunun müqaviləsi mövsümün sonunda başa çatacaq. Bu, müəyyən problemlər yaradacaq. İsrail hökuməti vətəndaşlarını ölkəyə aparmaq üçün xüsusi reyslər təşkil edir. Amma hazırda qeyri-müəyyənlikdir. Çünki qayıdıb-qayıtmayacağım sual altındadır. Mayın 31-də "Sumqayıt"la müqaviləm başa çatacaq və azad oyunçu olacağam. Belə də İsrailə qayıda bilərəm. Bundan başqa, hələ də ödənilməyən maaşlarımız var. Bu, kabus və qeyri-müəyyənlikdir".

28 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, növbəti mövsüm "Sumqayıt"da qalıb-qalmayacağından asılı olmayaraq, mütləq ölkəsinə yollanacaq: "Çünki 1 ildir İsraildən kənardayam. Yoldaşım hamilə olduğu üçün qış fasiləsində gedə bilmədim. İndiki vəziyyətdə ölkəmə qayıdıb-qayıtmayacağım isə hələ məlum deyil".

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 22:00 Mendi transferində tamam
21 Sentyabr 17:24 İlkay koronavirusa yoluxdu
21 Sentyabr 11:34 Gözün aydın, 200 sənindir!
20 Sentyabr 23:40 De Byazi "Zirə" - FOTO