"Sumqayı"tda top olsun, bayram olsun - FOTOREPORTAJ

18 Yanvar 2020 09:00 Sumqayıt 594
"Sumqayı"tda top olsun, bayram olsun - FOTOREPORTAJ

“Sumqayıt”ın Türkiyədəki təlim-məşq toplanışı davam edir.

Sportinfo.az xəbər verir ki, sözügedən komanda Antalya toplanışının 6-cı günündə axşam məşqini keçirib.

Təxminən 1 saat 15 dəqiqə davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.

"Sumqayıt" bu gün Türkiyədə növbəti yoxlama oyununu keçirəcək. Komanda Rumıniyadan "Politexnika” (İaşi) ilə qarşılaşacaq. "Topkapı" otelinin meydançasında keçiriləcək oyuna Bakı vaxtı ilə saat 16:30-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti