Premyer Liqa klubundan növbəti ayrılıq xəbəri gəldi

21:00 Sumqayıt 324
Premyer Liqa klubundan növbəti ayrılıq xəbəri gəldi

"Sumqayıt"da növbəti ayrılıq reallaşıb.

Tresor Mossi yola salınıb.

Yarımmüdafiəçi 2023-cü ildən “Kimyaçılar”ın formasını geyinirdi.

Afrikalı arxada qalan müddətdə meydana çıxdığı 67 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

O, ötən mövsümü tamamilə boşa vermişdi.

Səbəb "kimyaçılar"ın sabiq baş məşqçisi Saşa İliçin onu əsas komandadan kənarlaşdırması idi.

2027-ci ilin yayına qədər anlaşması olan əcnəbi futbolçunun yola salınması üçün uzun müddət idi danışıqlar aparılırdı.

Nəhayət, bir neçə gün əvvəl klub istəyinə çatıb.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti