Azərbaycanda uğur qazana bilmədi, məşhur klubun baş məşqçisi təyin olundu

10 İyun 09:20 Sumqayıt 1 046
Azərbaycanda uğur qazana bilmədi, məşhur klubun baş məşqçisi təyin olundu

Başa çatan mövsümün sonunda "Sumqayıt"dan ayrılan Saşa İliçin yeni iş yeri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, serbiyalı mütəxəssis ölkəsində işləyəcək.

O, "Partizan"ın baş məşqçisi təyin edilib. Bu baərəd klubun rəsmi saytı məlumat yayıb.

Saşa İliç futbolçu karyerasının böyük hissəsini - 1996-2005-ci və 2010-19-cu illəri "Partizan"da keçirib.

Futbolçu kimi "Partizan"ın heyətində 604 matçda meydana çıxıb, 160 qol vurub və 11 dəfə Serbiya çempionu olub.

Saşa İliç ötən ilin yayından "Sumqayıt"ı çalışdırırdı. Komanda 2025/2026 mövsümünü onun rəhbərliyi altında 41 xalla 7-ci pillədə başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!
15 İyul 05:00 Paşam birinci yeri tutdu