Belarus nəhəngi Azərbaycan klubuna nə qədər pul ödəyəcək?

9 İyun 22:40 Sumqayıt 4 343
Belarus nəhəngi Azərbaycan klubuna nə qədər pul ödəyəcək?

BATE avrokuboklardakı ev oyunlarını Azərbaycanda keçirəcək.

Belarus təmsilçisinin Konfrans Liqasının 1-ci mərhələsindəki rəqibi Sumqayıta gəlməli olacaq.

Buna səbəb Ukraynadakı müharibədir. UEFA müharibə aparan ölkə ilə qonşu olan dövlətin komandalarına doğma meydan qadağası qoyub.

BATE ilə “Sumqayıt” rəhbərliyi arasında razılaşmanın maliyyə tərəfi bizə məlumdur.

“Sarı-göylər” Azərbaycanda oynadığına görə bizimkilərə 10 min avro ödəyəcək.

Bu məbləğə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oyunöncəsi məşq və rəsmi matç daxildir.

Konfrans Liqasının 1-ci mərhələ görüşləri iyulun 9-da və 16-da baş tutacaq. Bu mərhələnin püşkatma mərasimi iyunun 16-da keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 19:40 Çək və bizə göndər!