Başa çatan mövsümün ikinci yarısında “Sumqayıt”da çıxış etmiş Danilo Beskorovaynı komandadan ayrılmağa yaxındır.
Sportinfoaz xəbər verir ki, ukraynalı karyerasını Qazaxıstanda davam etdirəcək.
27 yaşlı mərkəz müdafiəçisi “Aktobe” ilə anlaşıb.
“Sumqayıt” bu ilin yanvarında Ukraynadan - “Polesye"dən icarəyə götürdüyü Beskorovaynını heyətində saxlamaq istəyib. Lakin tərəflər anlaşa bilməyiblər.
194 sm boya malik müdafiəçi “kimyaçılar”ın heyətində ümumilikdə 14 oyun keçirib, qol və ya məhsuldar ötürməylə yadda qalmayıb.

