Komandanı avrokuboklara aparacağını vəd etdi, 1 illik müqavilə bağladılar

18:35 Sumqayıt 777
Komandanı avrokuboklara aparacağını vəd etdi, 1 illik müqavilə bağladılar

«İmişli»dən ayrılan Jorj Kaşkilyanın «Sumqayıt»la anlaşmasından xəbərdarsız.

Saşa İliçlə birillik müqaviləni uzatmayan «gənclik şəhəri» təmsilçisi yenə əcnəbi mütəxssislə hər mövzuda ortaq məxrəcə gəlib.

Müqavilənin müddəti 1 ildir. Portuqaliyalı avrokuboklar uğrunda mübarizə aparan komanda quracağını vəd edib. Sözünün arxasındap dayansa, kontraktı 1 il daha uzadılacaq.

Son günlərə qədər «Kəpəz» və «Araz-Naxçıvan»la əlaqə yaradan Kaşkilya «Sumqayıt»a keçidi daha real sayıb.

Kriştianu Ronaldonun həmvətənini Azərbaycana «İmişli» tanıdıb. Premyer Liqada ilk mövsümünü geridə qoyan aranlılar onunla doqquzuncu yeri tutub.

Saşa İliçin buradakı missiyasını qısamüddətli edən isə ona hər cür şəraitin yaradılmasına baxmayaraq, komandanı hədəflərinə çatdıra bilməməsidir.

Belə ki, serbiyalı «Sumqayıt»la sezonu yeddinci sırada başa vurub, ölkə kubokunda isə mübarizəni 1/8 final mərhələsində dayandırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 16:40 Öz uşaqlarımız...