Azrəbaycan klubunun yeni çalışdırıcısının adı BİZDƏ! - SON DƏQİQƏ

13:00 Sumqayıt 471
Azrəbaycan klubunun yeni çalışdırıcısının adı BİZDƏ! - SON DƏQİQƏ

«Sumqayıt» yeni baş məşqçisinin kimliyini böyük ölçüdə müəyyənləşdirib.

Saşa İliçlə birillik müqaviləni uzatmayan «gənclik şəhəri» təmsilçisi yenə əcnəbi mütəxssisə üz tutub.

Və o, bizə kifayət qədər tanış birisidir.

Redaksiyamıza daxil olan son dəqiqə məlumatına görə, «kimyaçılar» Jorj Kaşkilya ilə sövdələşib. Portuqaliyalı çalışdırıcı ilə görüşən klub rəhbərliyi qarşılıqlı anlaşmaya varıb.

Son günlərə qədər «Kəpəz» və «Araz-Naxçıvan»la əlaqə yaradan Kaşkilya «Sumqayıt»a keçidi daha real sayıb.

Kriştianu Ronaldonun həmvətənini Azərbaycana «İmişli» tanıdıb. Premyer Liqada ilk mövsümünü geridə qoyan aranlılar onunla doqquzuncu yeri tutub.

Saşa İliçin buradakı missiyasını qısamüddətli edən isə ona hər cür şəraitin yaradılmasına baxmayaraq, komandanı hədəflərinə çatdıra bilməməsidir.

Belə ki, serbiyalı «Sumqayıt»la sezonu yeddinci sırada başa vurub, ölkə kubokunda isə mübarizəni 1/8 final mərhələsində dayandırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti