«Sumqayıt»ın prezidenti Riad Rəfiyev Braziliya səfəri çərçivəsində tanınmış futbol adamıyla görüş keçirib.
2018-ci ildən «kimyaçılar»a rəhbərlik edən funksioner okeanın o tayında Ronaldinyo ilə bir araya gəlib.
O, Braziliya futbolunun canlı əfsanəsi ilə müzakirə aparıb, «Sumqayıt» barədə geniş məlumat verib. Rəfiyev əlaqələri genişləndirmək niyyətində olduğunu, səfərinin məqsədində də bura gəldiyini bildirib.
Xeyr, Azərbaycan klubunun rəhbəri «Barselona»nın sabiq ulduzuna «Sumqayıt»da çalışmağı təklif etməyib, sadəcə, planlarıyla onu tanış edib.
Braziliya Rəfiyevə yaxşı tanış olan ölkədir. Vaxtilə Cənubi Amerikada futbolun sirlərini öyrənib, «Santos»un akademiyasında ilk addımlarını atıb.
Bu, 2000-ci illərin əvvəlində baş verib. Aldığı zədə üzündən o, bir müddət sonra karyerasını yarımçıq dayandırmaq məcburiyyətində qalıb.
SPORTİNFO.AZ

