Bombardir 15 min dollarlıq təkliflə Premyer Liqa klubunun qapısını döydü

30 May 21:00 Sumqayıt 3 750
Bombardir 15 min dollarlıq təkliflə Premyer Liqa klubunun qapısını döydü

"Şamaxı"dan ayrılan Kərim Rossinin "Sumqayıt"da oynamaq sevdası baş tutmayıb.

Belə ki, isveçirəli hücumçu meneceri vasitəsilə "kimyaçılar"a təklif olunub.

Amma yüksək maaş tələbindən sonra tərəflər arasındakı söhbət başlamadan bitib.

Avropalı forvardın 15000 dollar əməkhaqqı istəyi açıq bildirilib.

Amma Sumqayıt təmsilçisi nəinki 15000 dollar, heç buna yaxın rəqəmləri belə müzakirə etmədən təklifi geri çevirib.

32 yaşlı legioner arxada qalan mövsümü 5 min dollar məvacib qarşılığında "Şamaxı"da keçirib.

O, bölgə klubunda keçirdiyi 35 görüşdə vurduğu 13 qolla adından söz etdirərək komandasının bombardiri olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə