Premyer Liqa klubunda MAAŞ BÖHRANI 3 aya çatdı

28 May 09:40 Sumqayıt 1 463
Premyer Liqa klubunda MAAŞ BÖHRANI 3 aya çatdı

«Sumqayıt»da maliyyə çatışmazılığı mövcuddur.

Premyer Liqada mövsümü yeddinci pillədə başa vuran «gənclik şəhəri» təmsilçisi 3 aya yaxındır əməkhaqqı üzünə həsrətdir.

Bu barədə redaksiyamıza «kimyaçılar»ın düşərgəsindən məlumat verilib. Bildirilib ki, sonuncu dəfə fevral ayının maaşlarını alıblar.

İdarəçilər bu mövzuda onlara edilən müraciətə birmənalı cavab verməyib. Ödəmələrin nə vaxt həyata keçiriləcəyini demirlər.

«Düzələcək, bir az gözləyin» - cavab yalnız bundan ibarətdir.

Komanda üzvlərinin sözlərinə inansaq, yeni ildən sonra nəticələrdə qeydə alınan uğursuz nəticələrin əsas səbəbi budur.

Məvaciblər gecikdirildiyindən, futbolçularda ruh düşkünlüyü yaranıb və qələbəsizlik seriyası 10 oyuna qədər uzanıb.

Üstəlik, martdan sonra mükafat fondu «dondurulub». Rəhbərlik avrokuboklara vəsiqşə şansının itməsini əsas gətirərək, belə bir qərar qəbul edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!