Azərbaycan klubu xarici çalışdırıcısı ilə vidalaşdı - RƏSMİ

26 May 10:40 Sumqayıt 1 028
Azərbaycan klubu xarici çalışdırıcısı ilə vidalaşdı - RƏSMİ

"Sumqayıt" baş məşqçisi Saşa İliçlə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisin "gənclik şəhəri" təmsilçisi ilə müqavilə müddəti başa çatıb.

“Sumqayıt” serbiyalı məşqçiyə göstərdiyi xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Saşa İliç ötən ilin yayından bu komandanı çalışdırırdı. "Sumqayıt" 2025/2026 mövsümünü onun rəhbərliyi altında 41 xalla 7-ci pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə