Misli Premyer Liqasının 2025/26 mövsümündə 500-cü qol vurulub.
Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley 33-cü turun “Sumqayıt” – “Qarabağ” görüşünə (3:4) təsadüf edib.
Rüstəm Əhmədzadənin vurduğu qol mövsümdə 500-cü olub. Bu, çempionatdakı 195-ci qarşılaşmaya təsadüf edib.
Ölkə çempionatları tarixində yüksək dəstədə mövsümün 500-cü qolunun vurulması 21 ildən sonra qeydə alınıb. Sonuncu dəfə 2004/05 mövsümündə belə hadisə yaşanıb. Sonrakı turnirlərdə qol sayı 500-dən aşağı olub.
2004/05 mövsümündə 684 qol vurulub. Bir mövsümdəki qol sayındakı rekord isə 1992-ci ilə təsadüf edib. Həmin vaxt 1177 qol vurulub.

