Premyer Liqanın sonuncu turu qəribə hadisə ilə yadda qaldı.
6 matçdan 3-ü Sumqayıt şəhərində keçirildi.
"Sumqayıt"ın "Qarabağ"ı doğma meydanda qəbul etməsi təbii hadisə idisə, "Kəpəz"lə "Araz Naxçıvan"ın rəqiblərini burada qonaq etməsi liqa adı xoş mənzərə deyildi.
Amma xoş olmayan bu hadisənin içində xoş olan hal da yox deyildi.
2 günə 3 görüşə ev sahibliyi etmək asan iş deyil.
Bu çətinliyi çiyinlərində daşımağı bacaran "Sumqayıt" klubuna əhsən düşür.
Xidmətində istifadə edilən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər və "SOCAR POLMYER Arena"nın ideal təbii örtüyü il boyu çəkilən əməyin, xərclənən pulun məhsuludur.
Təhlükəsizlik ən üst səviyyədə qorundu.
Burada "Kimyaçılar"ın əməkdaşları fəallıq göstərdi.
Bir sözlə, ideal futbol ortamı vardı. Nə xoş ki, bizdə də belə klub var.
"Kimyaçılar"ın sağ əli küçələrdə qalan, süni örtüyə möhtac olan, infrastruktura pul yatırmayan digər klubların başına olsun.
XANOĞLAN/ SPORTİNFO.AZ

